HƏMAS liderinin öldürüldüyü təsdiqləndi - FOTO

17 Oktyabr 2024 22:00

22:00

İsrailin xarici işlər naziri İsrael Katz Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın İsrail əsgərləri tərəfindən öldürüldüyünü təsdiqləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə N12 telekanalı məlumat yayıb.

"7 oktyabr 2023-cü il qırğınından məsul olan Sinvar İsrail ordusu əsgərləri tərəfindən öldürülüb", - nazir qed edib.

----------

Fələstinin Qəzza zolağındakı HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar öldürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsrail Ordusu "X" hesabında paylaşım edib.

-----------
18:01


İsrail Müdafiə Ordusu Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar zamanı üç terrorçunu zərərsizləşdirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu öz "X" hesabında paylaşıb.

Onlardan birinin HƏMAS hərəkatının lideri Yəhya Sinvar olması ehtimal edilir. Hazırda bu barədə məlumat ordu tərəfindən dəqiqləşdirilir: "İndiki mərhələdə terrorçuların şəxsiyyətini təsdiq etmək mümkün deyil".

Məsələ ilə bağlı detalların daha sonra açıqlanacağı qeyd olunub.

Xatırladaq ki, bir müddət əvvəl Yəhya Sinvarın öldüyü ilə bağlı iddialar yayılsa da, daha sonradan onun sağ olduğu açıqlanmışdı.

Onu da qeyd edək ki, Y.Sinvar HƏMAS lideri İsmayıl Haniyənin iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülməsindən sonra hərəkata rəhbər seçilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun