Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatacaq - Xəbərdarlıq

17 Oktyabr 2024 17:58

Ölkə ərazisində müşahidə olunacaq küləkli hava ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyi məlumat yayıb.

Bildirilib ki, xəbərdarlığa əsasən, sabahdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi oktyabrın 19-u səhərədək davam edəcək. Həmin günlər ərzində şimal-qərb, çimal küləyinin 18-23m/s, arabir 25-30m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-3 metr, sonrakı inkişafda 4-6 metrə çatacağı proqnozlaşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun