Arda Gülərin yarım milyonluq saatı - FOTO

17 Oktyabr 2024 17:42

Türkiyə millisinin və "Real"ın futbolçusu Arda Gülər lüks saatı ilə diqqət çəkib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, o, Türkiyə millisinin düşərgəsində olarkən "Fənərbağça"dakı keçmiş komanda yoldaşı Fərdi Kadıoğlu ilə fotosunu paylaşıb.

Fotoda 19 yaşlı yarımmüdafiəçinin qolundakı lüks saat diqqəti cəlb edib. Türkiyə mətbuatındakı xəbərlərə görə, saat 14 min avro (520 min türk lirəsi) dəyərindədir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun