Əhaliyə xəbərdarlıq: oktyabrın 19-u... - DİQQƏT!

17 Oktyabr 2024 15:43

COP29 tədbirinə hazırlıq məqsədi ilə bəzi yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Milli.Az AYNA və BDYPİ-nin birgə məlumatını təqdim edir:

2024-cü ilin oktyabrın 19-u gün ərzində və 19-dan 20-sinə keçən gecə saat 02.30-dan 05.30-dək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün Hava Limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkəti dəyişdiriləcəkdir.

Heydər Əliyev hava limanına gedəcək vətandaşlardan səfərlərini tətbirdən daha öncə planlamaları və alternativ yollardan istifadə etmələri xahiş edilir.

Milli.Az