"Ermənistanda övladını əsgərliyə göndərmək istəmirlər"

17 Oktyabr 2024 14:38

Ermənistan əhalisinin mütləq əksəriyyəti övladını hərbi xidmətdən yayındırmaq istəyir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib.

O bildirib ki, bu amil ailə planlaşdırılması məsələsinə ciddi şəkildə təsir göstərir.

"Bunun səbəbi odur ki, insan öz övladını hərbi xidmətə göndərməmək haqqında düşünür. Digər problem isə 4 oğlu olan vətəndaşın bu fikrə düşməsindədir", - Paşinyan fikirlərini tamamlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun