"Qızımı buna görə öldürdüm" - Efirdə etiraf etdi - VİDEO

17 Oktyabr 2024 14:34

Esra Erolun aparıcılığı ilə ATV kanalında yayımlanan verilişdə cinayət etirafı müzakirələrə səbəb olub.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, özündən 34 yaş kiçik xanımını axtarmaq üçün verilişə qatılan Əlirza şəxsi həyatı ilə bağlı etiraf edərkən cinayət törətdiyini söyləyib.

"5 övladım var idi. Birinin ölümünə səbəb oldum. Daha doğrusu, öldürdüm, üzümə tüpürdü, mən də öldürdüm", - Əlirza söyləyib.

Milli.Az etiraf anının görüntülərini təqdim edir:

İsmayıl
Milli.Az