Xatuna qarşı dələduzluq - pulunu alıb...

17 Oktyabr 2024 14:03

Müğənni Xatun Əliyeva dələduzluqla qarşılaşıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda özü məlumat yayıb. O bildirib ki, onlayn səhifədən ev üçün əşyalar sifariş ediblər, amma pulu ödədikləri halda əşyalar çatdırılmayıb:

"Biz də adi insanlar kimi bu səhifədən evə dekor sifariş etdik. Beh ödədik. Demək olar ki, məhsulun qiymətinin 50 faizini ödədik. İndi nə malı təhvil verirlər, nə də əlaqə yaradırlar. Ehtiyatlı olun, bu səhifə insanları aldadıb, pul alıb yoxa çıxır. Bu səhifədən heç nə sifariş etməyin".

Xatun daha sonra səhifədən ona yazılan təhdid mesajını yayımlayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun