Xətai rayonunda baş verən sürüşmənin səbəbi açıqlandı - YENİLƏNİB

17 Oktyabr 2024 17:47

Xətai rayonu ərazisində baş verən sürüşməyə səbəb son günlər yağan yağışlar nəticəsində yamacdakı asılı süxur kütləsinin uçması olub.

Milli.Az xəbər verir ki, Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib ki, Agentliyin mütəxəssisləri tərəfindən aparılan araşdırma və monitorinqlərin nəticələrinə görə, ərazidə ciddi təhlükə yoxdur.

"Uçmuş süxur kütləsinin ərazidən götürülməsi və yamacın hamarlanması işləri aidiyyəti qurumlar tərəfindən həyata keçiriləcək".

--------

13:27

Xətai rayonu ərazisində baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hadisə yerindədir.

Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək.

Milli.Az Trend-ə istiadən xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.

O qeyd edib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun