Hizbullah yenə Hayfaya raket zərbəsi endirdi

17 Oktyabr 2024 13:52

Bu gün səhər saatlarında Hizbullah İsrailin hayfa şəhəri istiqamətinə raket buraxıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, Hayfa və Yuxarı Qaliley də daxil olmaqla, 4 bölgədə hava həyəcanı sirenləri işə düşüb.

Təsbit edilən iki raketdən biri vurulub, digəri isə açıq əraziyə düşüb.

Qeyd edək ki, 13 oktyabrda Hizbullah Hayfa yaxınlığında hərbi bazaya zərbə endirmişdi. Nəticədə 4 əsgər ölmüş, 67 əsgər yaralanmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun