Xalq artisti vəfat etdi

17 Oktyabr 2024 13:02

Rusiyanın və Tatarıstanın xalq artisti Rinat Tazetdinov vəfat edib

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi 86 yaşında Kazanda ağır xəstəlikdən sonra dünyasını dəyişib.

O, Novo-tatar qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Tazetdinov "Qızıl Maska" laureatı olub. O, Tatarıstan Teatr Xadimləri İttifaqının idarə heyətinin sədri kimi çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun