"Rok musiqisi bizim aşıq musiqimizdir "

18 Oktyabr 2024 04:04

"Rok musiqisi bir növ bizim aşıq musiqimizdir. Rok musiqisi də, aşıq musiqisi də üsyandır, çağırışdır. Ümumiyyətlə, musiqinin millisi, qeyri-millisi olmur".

Milli.az xəbər verir ki, bu fikirləri APA TV-nin "Sözüm var" proqramında tanınmış bəstəkar, Əməkdar artist Vüqar Camalzadə səsləndirib.

Azərbaycan və dünya musiqisinin tarixi barədə danışan bəstəkar bildirib ki, klassik Avropa musiqi ənənəsi əsasını Yaxın Şərqdən alıb və bu ənənəni qoyan bizim azərbaycanlıdır.

"Əbdülmöminin şeyxül musiqi Səfiyyədin Urməvi bu sistemi yaradıb, bütün Şərq və Avropa bu musiqidən yararlanıb. Urməvi orta əsrlərdə  əslən cənubi Azərbaycanda yaşayıb. Kilsə onun nəzəriyysindən yararlanaraq öz sistemini qurub", - deyə o qeyd edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun