Bu, cəfəngiyatdır, daha böyük müharibə başlayacaq!

17 Oktyabr 2024 13:21

Yaxın Şərqdə dərhal atəşkəs heç nəyi həll etməyəcək və yalnız daha çox qan tökülməsinə yol açacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Çexiya Baş nazirinin milli məsələlər üzrə müşaviri Tomaş Poyar deyib.

"Sizcə, AB atəşkəs çağırışı ilə dünya tərəfindən ciddi qəbul ediləcəkmi? Bu, cəfəngiyatdır. Atəşkəs heç nəyi həll etmir. Atəşkəs o deməkdir ki, Hizbullah və ya HƏMAS daha sürətlə özünə gələcək, daha sürətlə silahlanacaq və daha böyük müharibə başlayacaq", - Poyar bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun