Gənc futbolçu faciəvi şəkildə öldü - FOTO

17 Oktyabr 2024 13:32

Türkiyədə futbolçu faciəvi şəkildə ölüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Zonquldak rayonu Çaycuma qəsəbəsində baş verib. 19 yaşlı Ramazan G.-nin idarə etdiyi avtomobil 25 yaşlı Musa Şenin idarə etdiyi avtomobilə arxadan çırpılıb. Nəticədə hər iki maşın alışıb yanıb.

Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri Musa Şenin öldüyünü müəyyən ediblər. Digər sürücü isə xəsarət alıb.

Mediada yayılan məlumata görə, Musa Şen "Çaycumagücüspor" və "Kayıkçılar Gençlerbirliğispor" futbol klublarının oyunçusu olub.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun