Xatirə ilə Vasif arasında nə baş verir?

18 Oktyabr 2024 06:06

Müğənni Xatirə İslam Əməkdar artist Vasif Məhərrəmli ilə küsülü olması xəbərlərinə münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Tarixin bir günü" proqramında danışıb. Xatirə aparıcı Tarix Əliyevin "Bütün duet ortaqlarınla verilişlərə qatıldın, amma Vasiflə yox. Aranızda nə baş verir" sualına belə cavab verib:

"Aramızda heç nə baş vermir. Vasif bir az inciyəndir. Bizim duetlərimiz köhnədir. Yeni duet olanda mütləq. Köhnə duetlə eyni şey alınır".

Qeyd edək ki, ifaçılar bir müddət əvvəl aralarında mübahisə olduğunu açıqlamışdı. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun