Ostin: Husilərə çoxsaylı zərbə endirdik

17 Oktyabr 2024 11:50

ABŞ silahlı qüvvələri Yəməndə husilərin nəzarəti altında olan beş silah anbarına hücum edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.

"ABŞ Mərkəzi Komandanlığı qüvvələri, o cümlədən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2 bombardmançıları Yəməndə İranın dəstəklədiyi husilərin silah anbarlarına çoxsaylı zərbə endirib. Bu zərbələr husilərin sabitliyi pozmaq üçün potensialını azaldacaq və Amerika ordusunun təhlükəsizliyini təmin edəcək", - o bildirib.

Ostin vurğulayıb ki, Vaşinqton Qırmızı dənizdəki gəmilərə hücumları dayandırmaq üçün addım atmaqdan çəkinməyəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun