Çıxışına hələ 2 il var: "iPhone 18" dən ilk məlumatlar gəldi - FOTO

17 Oktyabr 2024 11:40

"Apple"ın planları ilə bağlı dəqiq proqnozlar verən etibarlı mənbə 2026-cı ildə təqdim olunacaq "iPhone 18" modelləri haqqında müxtəlif məlumatlar verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, "Apple"ın 2026-cı ildə təqdim edəcəyi "iPhone 18" seriyası haqqında maraqlı məlumatlar gəlməyə davam edir.

"Apple"ın planları ilə bağlı etibarlı proqnozları ilə tanınan bir mənbə, "iPhone 18"in TSMC-nin yeni nəsil 2 nanometr istehsal prosesindən istifadə edəcəyini və 12 GB RAM-a sahib olacağını iddia edib.

Bu məlumat "iPhone 18"in performans və enerji səmərəliliyində əhəmiyyətli bir sıçrayış edəcəyini göstərir.

Hazırkı "iPhone 16" modellərində 8 GB RAM olduğu halda, "iPhone 18" seriyasında RAM tutumunun 12 GB-a qədər artırılması gözlənilir.

"Apple"ın analitiki Ming-Chi Kuo bildirir ki, bu artım "Apple" tərəfindən hazırlanmış "Apple Intelligence" süni intellekt sistemi üçün zəruridir.

Kuo həmçinin 2025-ci ildə buraxılması gözlənilən "iPhone 17 Pro" modelinin 12 GB RAM-a sahib olacağını proqnozlaşdırır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun