Sabiq Baş nazir müavininin oğlu Almaniyada itkin düşüb - YENİLƏNİB

17 Oktyabr 2024 13:18

******
13:18

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Tamerlan Təhməzov sabiq Baş nazir müavini Əli Təhməzovun oğludur.

Ə.Təhməzov 1993-94-cü illərdə Baş nazirin müavini olub. O, həmin illərdə Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri vəzifəsini də tutub.

******
10:42

Almaniyada yaşayan azərbaycanlı itkin düşüb.

Milli.Az xəbər verir ki, bu barədə lent.az-a həmin ölkədə yaşayan həmerlilərimiz məlumat veriblər.

Məlumata görə, Tamerlan Təhməzov Belin şəhərində doktorantura üzrə təhsil alır. Bildirilir ki, bir neçə gündür o, itkin düşüb və ailəsi ondan xəbər ala bilmir.

Həmçinin qeyd olunub ki, son günlər onda psixoloji problemlər yaranıb və hətta yaşadığı yerə də getmir.

Onun tapılması üçün polisə müraciət edilib və hazırda tədbirlər görülür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun