Meksika parlamentinin deputatları Azərbaycan xalqını təbrik ediblər

27 May 2010 10:53
Azərbaycanın Meksikadakı səfirliyindən AzərTAc-a daxil olan məlumatda bildirilir ki, qrupun sədri, Markos Perez Eskuer tərəfindən imzalanan təbrikdə deputat Meksika qanunvericiləri adından Azərbacyan hökumətinə və xalqına dövlət bayramı münasibəti ilə təbriklərlə yanaşı, səmimi salamlarını və ehtiramlarını çatdırmağı da xahiş edib.

Yeni yaranan Meksika-Azərbaycan Parlamentlərarası Dostluq qrupu artıq sıralarında on nəfər qanunvericini birləşdirir. Həmin deputatlar Meksika parlamentində təmsil olunan Milli Fəaliyyət Partiyası, Demokratik İnqilab Partiyası, Əmək Partiyası və ölkənin digər aparıcı siyasi qüvvələrini təmsil edirlər.

Milli.Az