"Real Madrid"in əsas transfer hədəfi odur

16 Oktyabr 2024 22:25

"Real Madrid"in əsas transfer hədəfi bəlli olub.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, klub Trent Aleksandr-Arnoldu prioritet təyin edib. Bu barədə ispan mətbuatı məlumat yayıb. Klub sağ cinah müdafiəçisini təcili transfer etmək istəyir.

Qeyd edək ki, "Kral klubu"nda həmin mövqedə oynayan Dani Karvahal zədələnərək, uzun müddətə sıradan çıxıb. Klubun qış transfer pəncərəsində heyətinə yeni futbolçu cəlb etməsi gözlənilir. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun