Tərtərdə üç avtomobil toqquşdu - xəsarət alanlar var - FOTOlar

16 Oktyabr 2024 22:10

Tərtərdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, qəzada "VAZ 2107", "VAZ 21011" və "LADA 110" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Xəsarət alan şəxslər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun