9 ayda Qarabağa nə qədər pul xərclənib?

16 Oktyabr 2024 13:48

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 3 milyard 137,6 milyon manat vəsait yönəldib.

Milli.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, 2024-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulmuş 3 milyard 855,8 milyon manat vəsaitin 64,6 %-i deməkdir. Həmin vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında istifadə olunub.

Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçıların verdiyi sifarişlər əsasında 1 milyard 728,9 milyon manat maliyyələşdirilmə həyata keçirilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 61,4 %-nə bərabərdir və ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 % çoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun