“Fələstinə azadlıq” deyib zalı tərk etdilər - VİDEO

16 Oktyabr 2024 10:54

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 149-cu Assambleyası zamanı israilli nümayəndələrə qarşı etiraz aksiyası təşkil edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə İsrail nümayəndəsinə çıxış üçün söz verilərkən baş verib.

Bu zaman Türkiyə də daxil olmaqla bir neçə ölkənin parlament üzvü zalı tərk edib. Bəziləri zalı tərk edərkən "Fələstinə azadlıq" şüarları səsləndirib.

İclası tərk edənlər İsrail rəsmisinin çıxışı başa çatdıqdan sonra geri qayıdıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun