Xəzərdə zəlzələ oldu

16 Oktyabr 2024 10:04

Xəzər dənizində zəlzələ baş verib.

Bu barədə Milli.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, 3.1 bal gücündə olan zəlzələ bu gün yerli vaxtla 08:47-də qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 53 kilometr olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun