Praqa turistlərə bunu qadağa qoydu

16 Oktyabr 2024 13:55

Praqa hakimiyyət orqanları turistlər üçün gecə saatlarında spirtli içkili meyxana turlarını qadağan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təfərrüatları Çex Milli Xəbər Agentliyi yayıb.

Qəbul edilmiş düzəlişlər səhər 6:00-dan 22:00-a qədər təşkil edilən səfərlər istisna olmaqla, meyxanalar arasında spirtli içkili turları qadağan edir.

Bildirilir ki, beləliklə, yerli hakimiyyət orqanları paytaxta "sadəcə sərxoş olmağa" gələn şəhər qonaqlarını deyil, "daha ​​çox mədəni turistləri" cəlb etmək istəyir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun