Çinli hakerlər bu ölkəyə kiberhücumlar etdi

16 Oktyabr 2024 11:06

Çin dövləti ilə əlaqəsi olan hakerlərin kiberhücumlar nəticəsində Britaniyadakı kritik infrastruktur şəbəkəsinə giriş əldə etdikləri güman edilir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, kiberhücumlar Britaniyanın müdafiə təşkilatlarına, enerji şirkətlərinə, dövlət qurumlarına, Milli Səhiyyə Xidmətinə qarşı həyata keçirilib.

Bildirilib ki, bu cür hücumlar sistematik xarakter daşıyır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun