Baş nazirin güllələnməsinə görə onlar işini itirdi

15 Oktyabr 2024 23:21

Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsdə cəhddən sonra iki dövlət təhlükəsizlik işçisi işdən çıxarılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri Matuş Şutay-Eştok bildirib.

Nazir qeyd edib ki, şöbənin əməkdaşları lazımi təlimlərdən keçməyiblər.

O xatırladıb ki, yayda ərazi polisinin rəis müavini və cəhdin baş verdiyi şəhərin polis idarəsinin rəisi də işdən çıxarılıb.

Xatırladaq ki, nazirə mayın 15-də silahlı hücum olunub. Bunun ardınca Fitso aylarla müalicəsini davam etdirib, iki dəfə əməliyyat olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun