Bank VTB “Azərbaycanın iqtisadiyyatına inteqrasiya” personal nominasiyasında mükafat alıb
27 May 2010 09:10
Bank VTB (Azərbaycan) "Azərbaycanın iqtisadiyyatına inteqrasiya" personal nominasiyasında mükafat alıb.
Bank VTB (Azərbaycan) "Azərbaycan-Rusiya ticarət-iqtisadi münasibətlərinin ən yaxşı iştirakçısı" müsabiqəsində "Azərbaycanın iqtisadiyyatına inteqrasiya" personal nominasiyada "Proqres" mükafatına layiq görülüb.
"Proqres" mükafatının təntənəli təqdimatı İdarə Heyətinə İsgəndər Xəlilovun Sədrik etdiyi İşgüzar Əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Palatası tərəfindən həyata keçirilir.
"Azərbaycan-Rusiya ticarət-iqtisadi münasibətlərinin ən yaxşı iştirakçısı" müsabiqəsinə dəvət olunan qonaqlar arasında səfirliklərin, iri yerli və Rusiya şirkətlərinin başçıları var idi.
Milli.Az