Güzəştli qaz limiti artırılır? - VİDEO

15 Oktyabr 2024 21:41

Dağlıq rayonlarda qazın limiti məsələsinə yenidən baxılmalıdır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

O bildirib ki, dağlıq rayonlarda qazdan istifadə daha çoxdur. Burada yaşayan

sakinlər digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar.

Azər Badamov hesab edir ki, qaz limitinin indiki formada tətbiq edilməsi xüsusən dağlıq rayonlarda yaşayan insanların maddi vəziyyətinə daha çox təsir edir. Ona görə də həmin rayonlarda qazın limiti məsələsinə yenidən baxılması zəruridir.

Tarif Şurasından "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən məsələ ilə bağlı  quruma heç bir müraciət daxil olmayıb.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun