"Yalı çapkını"nın aktyorları nişanlandı"Yalı çapkını" serialının baş rol ifaçıları evlilik yolunda ilk addım atıb.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, Mert Ramazan Demir və Afra Saraçoğlu ailə arasında keçirilən kiçik məclislə nişanlanıblar.
Bu barədə türkiyəli jurnalist Onur Akay məlumat yayıb.
O Mertlə Afranın nişanlandığını və aktrisanın atasının mərasim üçün Amerikadan Türkiyəyə gəldiyini qeyd edib.
Xatırladaq ki, serialda Afra "Seyran Şanlı", Mert isə "Ferit Korhan" rolunu canlandırır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun