Bu gecə bəzi bank kartları işləməyəcək? - Yenilənib

15 Oktyabr 2024 22:17

22:17

15 oktyabr 2024-cü il tarixində bəzi sosial şəbəkələrdə və internetdə fəaliyyət göstərən xəbər saytlarında "Azərikard" Prosessinq Mərkəzində əməliyyatların keçirilməsində çətinliklərin yaranacağı ilə əlaqədar yayılan xəbərlər həqiqəti əks etdirmir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Azərikard"dan məlumat verilib.

"Məlumat üçün bildirmək istərdik ki, il ərzində proseslərin təkmilləşdirilməsi məqsədilə planlı işlərin keçirilməsi nəzərdə tutulur. Bu da öz növbəsində, prosessinq fəaliyyətində tam şəkildə çətinliklərin olacağı ilə nəticələnmir.

"Azərikard" tərəfində planlı yenilənmə işləri zamanı qısa təsir altına 3DS, SMS, Kart transfer və bəzi interfeys sistemləri düşə bilər. Əsas kanallar üzrə (POS, ATM) bank kartlarının fəaliyyətində hər hansı çətinlik olmayacaq.

Ən son yeniliklər və xəbərlərlə bağlı operativ şəkildə məlumat almaq üçün rəsmi veb-saytımızı və sosial şəbəkələrdəki səhifələrimizi izləyin!", - deyə "Azərikard"dan bildirilib.

-----------
18:17


Bu gecə 01:00-dan 07:00-a qədər "Azericard" prosessinq mərkəzində təkmilləşdirmə işləri aparılacaq. 

Milli.Az "Operativ Media"ya istinadən xəbər verir ki, qeyd edilən müddət ərzində 15-ə yaxın bankın kartında əməliyyatlar zamanı məhdudiyyətlər yarana bilər. 

"Azericard"ın tərəfdaşları siyahısına ABB, Pasha Bank, Xalq Bank, Bank Respublika, Yelo Bank, Rabitə Bank və başqa banklar daxildir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun