M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib.
Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solist - Azərbaycan Respublikasının Əməkdar artisti Aleksey Miltıx (violonçel) dinləyicilər qarşısında çıxış edib.
Proqramda A.Bruckner "İntermezzo", "Rondo", J.Svendsen iki İsveç xalq mahnısı (op.27), Norveç xalq melodiyasına variasiyalar (op.31), G.Beliczay simlilər üçün serenada (op.36; ilk ifa), X.Zeynalova "Payız rəngləri", J.Massenet "Meditasiya" səslənib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az