Tanınmış siyasi fəal Kemi Seba Parisdə saxlanıldı

15 Oktyabr 2024 17:04

Fransanın müstəmləkəçilik siyasəti əleyhinə, eləcə də anti-imperialist mövqeyi ilə tanınan siyasi aktivist Kemi Seba Parisdə polis tərəfindən saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, polislər onu bu gün günorta saatlarında nahar etdiyi restoranda saxlayaraq özləri ilə aparıblar.

Bir müddət əvvəl Nigerin lideri Abdorahmane Tiani tərəfindən müşavir təyin olunan Kemi Seba Fransa hökumətinin müstəmləkə siyasətinə qarşı radikal çıxışları ilə tanınıb. Onun təyinatından sonra Niger Qərb ölkələri ilə diplomatik əlaqələri dayandırıb.

Qeyd edək ki, bir müddət əvvəl Fransanın Afrikadakı müstəmləkələrində əhaliyə qarşı həyata keçirdiyi radikal tədbirlərə etirazların öncül simalarından olan Kemi Seba Bakıda keçirilən Fransa Müstəmləkə Siyasəti Əleyhinə Beynəlxalq Konfsanda da iştirak edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun