İran bu ölkələrə bütün uçuşları dayandırır

15 Oktyabr 2024 17:05

İranın "Iran Air" aviaşirkəti Avropa istiqamətində bütün uçuşları dayandırır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə məlumatı İranın Aviadaşıyıcılar Assosiasiyasının direktoru Maksud Asadi Samani açıqlayıb. 

Bu barədə qərar Avropa İttifaqının sözügedən şirkətə qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı verilib. "Iran Air" isə ölkənin Avropaya reyslər həyata keçirən yeganə şirkətidir:

"Ölkəmizdə Avropaya uçuşlar həyata keçirən yeganə aviaşirkət "Iran Air" idi. Avropa İttifaqının yeni sanksiyalarını nəzərə alaraq, İranın heç bir təyyarəsi Avropaya uçmayacaq".

Xatırladaq ki, oktyabrın 14-də Aİ İrana qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiya siyahısına daxil edilən şirkətlər arasında "Iran Air", "Saha Airlines" və "Mahan Air" aviaşirkətləri, eləcə də alüminium istehsalçısı "Iran Alumina Company" də olub. Aİ həmin şirkətlərin Rusiyaya ballistik raket göndərilməsində məsuliyyət daşıdığını iddia edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun