Ağdərədə 190 ev tikiləcək

15 Oktyabr 2024 16:15

Ağdərə şəhərində 190 evin tikintisi nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İcraçı direktorun köməkçisi Həmid Mehdiyev Xəzər İnşaat Həftəsində deyib.

O qeyd edib ki, Xocalıda 56, Malbəyli və digər kəndlərdə 120 yaşayış binasının tikintisi nəzərdə tutulur.

"Suqovuşanda 5 ədəd 5 mərtəbəli binanın tikintisi yekunlaşmaq mərhələsindədir. Xankəndi şəhərinə məcburi köçkünlərin qayıdışı hələ başlamayıb, lakin 5 mindən çox dövlət və qeyri-dövlət strukturların nümayəndələri, əməkdaşlar orada məskunlaşıb. Qarabağ Universitetinin fəaliyyətə başlaması ilə 1200 tələbə məskunlaşıb", - deyə o əlavə edib.

Qeyd edək ki, 15-17 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionun inşaat sahəsində önəmli tədbir olan Xəzər İnşaat Həftəsi keçirilir. Mühüm tədbirləri bir ad altında birləşdirən Xəzər İnşaat Həftəsi dünyanın bir sıra ölkələrindən tikinti sahəsinin müxtəlif şirkətlərini bir araya gətirir. Hazırda Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 22 ölkədən 380-dən artıq şirkət yer almaqdadır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun