Xəzərdə balıqlar niyə qeybə çəkilib?

15 Oktyabr 2024 16:18

Son illərdə bazarlarda daha çox xaricdən gətirilən balıqlara rast gəlinir.

Maraqlıdır, Xəzərin balıqlarının, xüsusilə də kütümün qeybə çəkilməsinə səbəb nədir?

Milli.Az bildirir ki, Baku TV-nin əməkdaşı suala cavab tapmaq üçün paytaxtdakı bazarlardan birində olub.

Satıcıların sözlərinə görə, kütüm balığının bazarlarda olmamasının səbəbi hava şəraiti ilə əlaqədardır.

"Kütüm balığı soyuq havada olur. Balacalarını gətirsələr də, satılmadığı üçün onları götürmürük", - deyə satıcı açıqlamasında bildirib.

Alıcılar da son vaxtlar bazarlarda kütümə az rast gəlindiyini təsdiqləyiblər: "Sonuncu dəfə il yarım qabaq kütüm almışam".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun