Ziyafət Əsgərov vəzifəsindən ayrıldı - Yeni rəhbər seçildi

15 Oktyabr 2024 15:35

Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətində dəyişiklik olub.

Milli.Az modern.az-a istinadla xəbər verir ki, yeni çağırışdan NATO Parlament Assambleyasındakı nümayəndə heyətinə Ramid Namazov rəhbərlik edəcək.

Qeyd edək ki, bundan əvvəl Ziyafət Əsgərov Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri olub. O, yeni çağırışda Milli Məclis sədrinin müavini vəzifəsinə seçilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun