Mbappe ilə bağlı şok ittiham - Qohumlarının qaldığı oteldə…

16 Oktyabr 2024 04:04

"Real Madrid"in futbolçusu Killian Mbappe İsveçdə zorlama və cinsi təcavüz işində şübhəli bilinir.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, hadisə Mbappe, onun qohumları və Fransanın PSJ klubunun futbolçusu Nordi Mukielenin qaldığı otellərdən birində baş verib.

Oktyabrın 12-də polisə məlumat verilib.

Mbappenin cinayət işində statusu "əsaslı şübhəli" kimi qeyd olunub ki, bu da şübhənin ən aşağı səviyyəsinə uyğundur.

Mbappe ilə "Real Madrid" arasında müqavilənin imzalanması iyunun 3-də rəsmən açıqlanıb. Hücumçu İspaniya nəhənginə azad agent kimi keçib. Bundan əvvəl forvard 2017-ci ildən çıxış etdiyi Fransa PSJ-də oynayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun