“Heç kimin başı üçün deyil ki..." - Xatirədən bu məşhura sərt reaksiya - VİDEO

15 Oktyabr 2024 15:13

Müğənni Xatirə İslam "İncə səhər" verilişinin qonağı olub.

Milli.Az xəbər verir ki, şəxsi həyatından danışan sənətçi onu müzakirə edənlərə səslənib:

"Efirdən kobud səslənsə də, deyəcəm, "xoşbəxtliyimi müzakirə etmək heç kimin başı üçün deyil". Gözəl ailəm var. Elə həyat yoldaşım və övladım olduğum üçün fəxr edirəm. Nəslimdə başı aşağı salacaq hərəkət edən olmayıb. Valideynlərimin ikisi də müəllim. Eybəcər insan deyiləm. Sahib olduğum hər şeyə görə çox xoşbəxtəm".

Xatırladaq ki, Xatirənin "Çantamda 10 min dollar var, amma xoşbəxt deyiləm" sözlərinə şair və qiraətçi Nazilə Səfərli reaksiya vermişdi. İzləyicilər sənətçinin açıqlamalarını ona cavab adlandırıblar.

Hüseyn 
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun