Mürsəl İbrahimov yeni rəis təyin etdi

15 Oktyabr 2024 14:16

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bakı şəhəri Nəsimi rayon idarəsinə yeni rəis təyin edilib.

Milli.Az unikal.az-a istinadla xəbər verir ki, bununla bağlı SHXÇDX-nin rəisi Mürsəl İbrahimov əmr imzalayıb.

Əmrə əsasən, rəis vəzifəsinə Elxan Feyziyev təyinat alıb.

Xatırladaq ki, E.Feyziyev daha əvvəl SHXÇDX-nin Ağdam və Nizami rayon idarələrinin rəisi olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun