İsrail ABŞ-a xəbərdarlıq edib: Bu obyektləri vuracaq!

15 Oktyabr 2024 14:05

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Bayden administrasiyasına bildirib ki, o, nüvə və neft obyektlərinə deyil, İrandakı hərbi obyektlərə zərbə endirmək istəyir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vaşinqton Post" məlumat yayıb.

Məlumata görə, oktyabrın 9-da Baydenlə telefon danışığı zamanı Netanyahu İrandakı hərbi infrastrukturu hədəf almağı planlaşdırdığını deyib:

"Bu o deməkdir ki, yəhudi dövləti tammiqyaslı müharibənin qarşısını almaq üçün daha məhdud cavab zərbəsi endirə bilər".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun