30 hamilə qadın həbs edildi - Ağlasığmaz səbəb

15 Oktyabr 2024 13:42

Kambocada otuz hamilə qadın qanunsuz surroqat analıqda ittiham olunub. Onların arasında həm yerli sakinlər, həm də xarici ölkə vətəndaşlığı olanlar var.

Milli.Az lent.az-a istinadən bildirir ki, ölkənin Daxili İşlər Nazirliyinin insan alveri və cinsi istismarla mübarizə şöbəsinə rəhbərlik edən dövlət katibi Çou Bun Enqin sözlərinə görə, polis əsasən Filippin və Vyetnamdan olan 24 əcnəbi qadının başqaları üçün pul qarşılığında uşaq dünyaya gətirməsi ilə məşğul olduğunu aşkar edib.

Kambocada surroqat analıq üçün qara bazar Tayland, Hindistan və Nepalda ciddi qanuni məhdudiyyətlərin tətbiqindən sonra çoxalıb. Bununla belə, 2016-cı ildə Kamboca səlahiyyətliləri xaricilərin ölkəyə kütləvi şəkildə gəlməyə başlaması səbəbindən kommersiya surroqat analığı tamamilə qadağan edib.

Məlumdur ki, inkişaf etməkdə olan ölkələrdə surroqat analıq çox populyardır. Çünki ABŞ və Avstraliya kimi ölkələrdə bu xidmət 150 min dollara başa gəldiyi halda, həmin ölkələrdə xərclər xeyli aşağıdır.

Təqsirləndirilən qadınların doğumdan sonra həbs olunacağı gözlənilir.

Milli.Az