İşğaldan azad edilmiş ərazilərdə əhalinin məskunlaşdığı torpaqlar kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə veriləcək.
Milli.Az-ın xəbərinə görə, bu, "Torpaq icarəsi haqqında" qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.
Torpaqları işğaldan azad edilmiş kənd və qəsəbələrin sakinləri icarəyə götürə biləcəklər. İcarəyə götürən şəxsin həmin kənd və qəsəbənin sakini olması kimi bir məcburiyyət də yoxdur.
Dəyişiklik eyni zamanda əhalinin məşğulluğunun da təmin olunmasına hədəflənib.İşğaldan azad edilmiş mümbit torpaqların kənd təssərrüfatı potensialı var. Bu həm ölkə iqtisadiyyatının inkişafına həm də əhalinin məşğulluğunun təmin olmasına təsir edəcək.
Qeyd edək ki, "Torpaq icarəsi haqqında" qanuna təklif olunan dəyişiklik parlamentin Aqrar siyasət komitəsində müzakirə olunub və plenar iclasa tövsiyə edilib.
Nərmin Mahmudova
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun