Bakıda hamamdan müəllimin meyiti tapıldı - FOTO

15 Oktyabr 2024 11:10

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, dünən saat 18 radələrində 1969-cu il təvəllüdlü Nihad Təhmasib Səbail rayonu Bünyad Sərdarov küçəsindəki evinin hamam otağında yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş N.Təhmasib orada vəfat edib.

Qeyd edək ki, o, ərəb dili müəllimi olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az