“Baz Zaza” öldürüldü - FOTO

15 Oktyabr 2024 11:09

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqda terrorçulara qarşı əməliyyat keçirib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində PKK terror qruplaşmasının xüsusi təyinatlı birliyinin rəhbərlərindən olan "Baz Zaza" kod adlı Abdurrahman Aksal öldürülüb.

O, Türkiyənin İstanbul, Ankara və Diyarbakır kimi vilayətlərində həyata keçirilən terror aktlarının təşkilatçılarından idi.

Terrorçunun İraq sərhədindən Türkiyəyə keçəcəyi gözlənilirdi. MİT bu barədə məlumat alandan sonra hərəkətə keçib və xüsusi əməliyyat təşkil edib.

Qeyd edək ki, A.Aksalın Türkiyənin müxtəlif şəhərlərində təşkil etdiyi terror aktları nəticəsində ümumilikdə 50-dən çox insan, o cümlədən 10 polis ölüb, 200-ə yaxın insan yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun