Qızını öldürmək üçün adam tutdu - Killer görün kim çıxdı

15 Oktyabr 2024 16:25

Hindistanın Uttar Pradeş əyalətində yaşayan qadın qızının sevgi münasibətindən narahat olaraq killer tutmaq qərarına gəlib. Amma onun tutduğu killer qızının gizli sevgilisi çıxıb. Bu vəziyyətdən xəbər tutan oğlan və qız ananın planını pozaraq onu öldürüblər. Cinayətin üstü qadının itkin düşməsindən sonra açılıb. Nəticədə qız və oğlan həbs edilib.

Milli.Az xəbər verir ki, Hindistanda yaşayan Alka Devi qızının sevgi münasibətindən narahat olaraq onu öldürmək istəyib. O, qızını aradan götürmək üçün killer tutub.

Alka bu məqsədlə Subhash adlı birinə böyük miqdarda pul təklif edib. Lakin taleyin ironiyası olaraq Subhash Alkanın qızının gizli sevgilisi idi və Alkanın bundan xəbəri yox idi.

Subhash bu vəziyyəti öyrənərək dərhal Alkanın qızı ilə əlaqə saxlayıb. İkisi bu təhlükəli planı eşidəndə sarsılıblar və gözlənilməz addım atmağa qərar veriblər. Onlar birlikdə Alkanı öldürmək üçün plan hazırlayıblar.

Oktyabr ayının əvvəllərində Uttar Pradeşin Etah bölgəsində qarğıdalı sahəsində Alkanın cəsədi tapılıb. Araşdırmalar nəticəsində qadının boğularaq öldürüldüyü məlum olub.

Hadisə Alkanın əri Ramakantın arvadının itkin düşdüyünü bildirməsi ilə üzə çıxıb. Polis istintaqı nəticəsində həm Alkanın qızı, həm də Subhash həbs olunub.

İsmayıl
Milli.Az