Rusiyanın paytaxtı Moskvanın cənub-qərbində avtomobildə baş vermiş insidentdən sonra qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.
Partlayıcı qurğunun avtomobilin altına qoyulduğu bildirilir.
Cinayət işi çərçivəsində bir sıra ekspertizalar təyin olunacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun