Ötən iki həftə ərzində İranın şimalında yerləşən Gilan vilayətində saxta spirtli içkilərdən ölənlərin sayı 18 nəfərə yüksəlib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Gilan vilayəti Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Təqi Aşubi jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qeyd olunan müddətdə vilayətdə saxta spirtli içkilərdən zəhərlənmə halı ilə xəstəxanalara 66 nəfər müraciət edib.
Aşubi bildirib ki, zəhərlənənlərdən 37 nəfəri dializ olunub, 3 nəfər isə görmə qabiliyiyyətini itirib.
Qeyd edək ki, İranda spirtli içkilərin istifadəsi qadağandır. Spirtli içkilər adətən ya başqa ölkələrdən gətirilir ya da ölkədə gizli məkanlarda istehsal olunur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun