Azərbaycan əhalisi üçün təhlükə: Ermənilər elə silah alır ki...

15 Oktyabr 2024 10:24

Hindistan "Pralay" kvaziballistik raketləri Ermənistana satmağa hazırlaşır.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, "Alpha Defence" portalı Hindistan hökumətinin raketlərin "dost" ölkəyə ixracına icazə verdiyini yazır.

Yazıya əlavə edilən fotolardan aydın olur ki, söhbət "Pralay" kvaziballistik raketlərindən gedir.

Ötən ay "İndian Defense Research Ving" nəşri bildirmişdi ki, Hindistan "Pralay" raketlərini Ermənistana mümkün qədər tez çatdırılması ilə bağlı müqavilə bağlamaq niyyətindədir. "Pralay" kvaziballistik, qatı yanacaqla işləyən "yer-yer" raketdir, 500 km mənzilə sahibdir. Hindistan Raket Texnologiyalarına Nəzarət Rejiminin üzvü olduğu üçün 300 km və ya daha çoxmənzilli və faydalı yükü 500 kq və ya daha çox olan raketlərin ixracına nəzarət etməlidir. Bu baxımdan, Dehli "Pralay" raketini Ermənistana uyğunlaşdıraraq, onun uçuş məsafəsini azaltmalıdır.

Ermənistanın Azərbaycana qarşı yeni təxribatlar hazırlığı fonunda ballistik raket almaq istəyi xüsusilə diqqət çəkir. Bu, həm də 44 günlük müharibədə Ermənistanın cəbhə xəttindən yüzlərlə kilometr uzaqda yerləşən şəhərləri - Gəncə, Bərdə, Tərtər və digər əraziləri raket atəşinə tutduğunu yada salır. Bu baxımdan, heç kim Ermənistanın kvaziballistik raketə sahib olacağı təqdirdə, bundan sivilləri hədəfə almayacağına zəmanət verə bilməz.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun