Bakıda avtomobil iki piyadanı vurdu, biri ölüb

15 Oktyabr 2024 18:30

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Nəzir Əlilli idarə etdiyi "Mercedes ML" markalı avtomobillə yolu keçən piyadalar-Sadiq Manafov və Rauf Qurbanoviçi vurub.

Nəticədə R. Qurbanoviç hadisə yerində ölüb, Sadiq Manafov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun