Esra Erol ölümlə təhdid edilir

15 Oktyabr 2024 09:34

Türkiyəli aparıcı Esra Erol bir müddət əvvəl ifşa etdiyi saxta "Mehdi"nin tələbəsi tərəfindən təhdid olunub.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, Həsən adlı şəxs video paylaşaraq "Sən canımı aldın, mən də səninkini və səni dəstəkləyənlərin canını alacağam" sözlərini deyib.

Qeyd edək ki, özünü "Mehdi" kimi təqdim edən Mustafa Çabuk 15 tələbəsi ilə birlikdə həbs olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun